AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Vərni xalçası beynəlxalq miqyasda qeydiyyata alınacaq

16:53, 20 Noyabr 2023 👁 Oxunub: 19

Şərqi Azərbaycan əyalətinin vərni xalçası beynəlxalq səviyyədə qeydiyyatdan keçəcək.

Avaz.Biz İranın Mədəni İrs Təşkilatının yaydığı məlumata istinadən xəbər verir ki, vərni xalçasının qeydiyyata alınması ilə bağlı proses 2020-ci ildə Əhər şəhərinin “vərni paytaxtı” elan edilməsindən sonra başlayıb. Qeyd edək ki, xovsuz xalça növü olan vərni Şərqi Azərbaycan əyalətinin Qaradağ mahalında ən çox yayılmış əl işlərindən biridir. Burada yaşayan köçəri əhalinin qadınlarının 40%-i vərni toxuyur və bu, onların əsas gəlir mənbələrindən biri sayılır. Hər il burada toxunan 4 min kvadratmetr vərni xalçası İranın müxtəlif bölgələrinə və xarici ölkələrə ixrac edilir. Avaz.Biz