AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İran ölkədə uşaqların vəziyyəti barədə BMT-yə hesabat göndərib

17:10, 20 Noyabr 2023 👁 Oxunub: 10

Bir neçə illik gecikmədən sonra İranda uşaqların vəziyyəti ilə bağlı hesabat BMT-yə göndərilib.

Avaz.Biz bildirir ki, İranın ədliyyə naziri Əmin Hüseyn Rəhimi televiziya proqramında çıxışı zamanı belə açıqlama verib. Nazir hesabatın göndərilmə tarixinə, neçə il gecikməsinə və məzmununun təfərrüatlarına toxunmayıb. “Uşaq hüquqları üzrə milli orqan kimi Ədliyyə Nazirliyinin ən mühüm beynəlxalq vəzifəsi BMT-yə təqdim olunacaq hesabatı hazırlamaqdır. Hesabat beş ildən bir BMT-yə göndərilməlidir, lakin son hesabat bir neçə illik gecikmədən sonra tamamlanaraq 13-cü hökumətə göndərilib”, - Rəhimi deyib. Ümummilli etirazların yatırılması zəminində hökumətin uşaqlara münasibəti yerli və beynəlxalq səviyyədə ciddi tənqidlərlə qarşılanıb. Ötən ilin dekabrında BMT-nin uşaq fondu olan UNİCEF-in yaydığı bəyanatda İranda etiraz aksiyalarının yatırılması zamanı onlarla uşaq və yeniyetmənin ölümünə səbəb olan zorakılıq pislənib. Etirazlar zamanı şagirdlərin həbsi, dindirilməsi, töhmət və əşyalarının axtarılması, bəzi hallarda “təhlükəsizlik qüvvələrinin məktəblərə hücumu” və qız məktəblərində zəhərlənmə hadisələri ilə bağlı müxtəlif məlumatlar dərc edilib. UNICEF-dən əvvəl keçən il noyabrın ortalarında 620-dən çox pediatr uşaqlara qarşı zorakı rəftarın “dərhal dayandırılmasını” tələb edən bəyanat imzalayıb. Avaz.Biz