Avaz.Biz xəbər verir ki, Bəhreyndə yerləşən Amerika nəqliyyat təyyarəsinin İsrail üçün hərbi texnika ilə yükləndiyini iddia edən qrup Vaşinqton və sionist rejimlə əməkdaşlıq edənləri təhdid edib.
“Amerikalılar və israillilərlə əməkdaşlıq edən əllərinizi kəsəcəyik”, - xəbərdarlıqda deyilir.
2019-cu ilin avqustunda yaradılan “Əshab əl-Kəhf” qruplaşması əsasən 2020-ci ildən sonra fəaliyyətini gücləndirib.
Qeyd edək ki, Bəhreyn 2020-ci ildə İsraillə diplomatik əlaqələr qurmaq üçün "İbrahim paktı" imzalayan 3 ərəb ölkəsindən biridir. BƏƏ və Mərakeşin də imzaladığı bu sazişə sonradan Sudan da qoşulub.
Avaz.Biz